Sentyabr toqquşması: Ermənistan itkilərinin sayını yenilədi
2022-10-26 14:27:00
12-14 sentyabrda Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən toqquşmalarda ölən erməni əsgərlərinin sayı bir daha yenilənib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
O bildirib ki, toqquşmalarda ölən erməni əsgərlərinin sayı 240-a çatıb.
Qeyd edək ki, bundan öncə Ermənistan baş naziri Nikol Paşinyan 210 əsgərin öldürüyünü bildirmişdi.
Axar.az