Sentyabrın 2-də Ermənistana həlledici zərbə vurula bilər - Düşmənin Xankəndi təxribatı ilə bağlı ŞOK AÇIQLAMA
Sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirməyə hazırlaşır. 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçıları qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər. Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentinin sepikeri Alen Simonyanla görüşüb və onu qondarma “müstəqillik günü”nə dəvət edib. Tovmasyan Ermənistan parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşməyə və onları da dəvət etməyə hazırlaşır. Bildirir ki, sentyabrın 1-də qondarma “parlamentin” xüsusi iclasını keçirəcəklər və Ermənistan deputatlarını da orada görmək istəyirlər.
HURRİYYET.az xəbər verir ki, sözügedən təxribatla bağlı KONKRET.az-a açıqlama verən araşdırmaçı jurnalist Asif Nərimanlı bildirib ki, bu, müharibədən sonra separatçı-terrorçuların keçirmək istədikləri ilk “müstəqillik günü”dür. Bunun reallaşması üç kontekstdə təhlükəlidir:
1. Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq istəyi stimullaşır;
2. Ermənistan “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanır;
3. “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verir;

Asif Nərimanlının sözlərinə görə, rəsmi Bakının bunun qarşısını diplomatik tələblərlə ala bilməsi çətindir: “Xüsusilə bölgədə mövcud olan Rusiyanın sərgilədiyi mövqe fonunda bu müşkülə çevrilir. Yeganə yol ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbənin elə sentyabrın 2-də vurulmasıdır, yaxud ən azından izi qalacaq dərsin verilməsidir”.