📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH-a bağlı “Fatimiyyun” briqadası Suriyanın Deyr əz-Zor şəhərində hərbi təlim keçirir

2022-07-13 16:08:00

SEPAH-a bağlı “Fatimiyyun” briqadası Suriyanın Deyr əz-Zor şəhərində hərbi təlim keçirir

SEPAH-a bağlı “Fatimiyyun” briqadası Suriyanın Deyr əz-Zor şəhərində hərbi təlim keçirir. Statistik məlumatlar göstərir ki, İrana bağlı iraqlı, əfqan və pakistanlı proksi qruplaşmarından ibarət 15 minə yaxın müharibə muzdlusu Suriyanın Deyr-əz-Zor, xüsusən də Əl-Bukəmal və Deyr əz-Zor arasındakı ərazidə fəaldır.
İran İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin komandanlığı altında Əfqanıstan vətəndaşlarından ibarət “Fatemiyyun briqadası”nın yaraqlıları Suriyanın Deyr əz-Zor bölgəsinin şərqində öz təsir zonalarında hərbi döyüşləri davam etdirirlər.
Suriya İnsan Haqları Monitorinq Təşkilatının məlumatına görə, bu yaraqlılar SEPAH zabitlərinin komandanlığı altında Fəratın qərbindəki Əl-Məyadin səhrasında, Deyr əz-Zorun şərq ətraflarında birbaşa toqquşmalar, habelə qısa və orta mənzilli top atışlar üçün yeni təlimlər keçirib.

Ülviyyə, Hurriyyet.az