📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI

2026-03-28 19:49:36

SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ə məxsus hərbi vasitələrin vurulduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın Mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, qurumun hava hücumundan müdafiə qüvvələri ABŞ-ə məxsus MQ-9 tipli strateji pilotsuz uçuş aparatını Şiraz səmasında zenit atəşi ilə vurub.

Bəyanatda qeyd olunub ki, həmçinin ABŞ-ə məxsus F-16 qırıcı təyyarəsi Fars vilayətinin cənubunda vurulub və zədələnmiş vəziyyətdə Səudiyyə Ərəbistanındakı hava limanlarından birinə eniş etməyə məcbur olub.