SEPAH-dan əməliyyat: gəmiyə əl qoydu, 7 nəfər saxlanıldı
2022-09-10 17:08:00
İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən xarici ölkəyə məxsus gəmiyə əl qoyub.
Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin İkinci Regional komandanı Ramazan Zirahi məlumat verib.
O bildirib ki, İran sahillərindən 60 mil məsafədə həyata keçirilən əməliyyat nəticəsində 757 min litr qaçaq yanacaq ələ keçirilib:
“Bundan başqa, gəmidə olan 7 xarici vətəndaş da saxlanılıb”.
Komandan saxlanılan gəmi və ekipaj üzvlərinin hansı ölkəyə məxsus olması barədə məlumat verməyib.
axar.az