📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH generalı "sionist rejimlə əməkdaşlıq edən" region ölkələrini hədələdi

2022-12-30 14:16:00

SEPAH generalı

SEPAH generalı region ölkələrini hədələyib. Belə ki, SEPAH-ın “Telegram” kanalının verdiyi xəbərə görə, İran İnqilabının Keşikçiləri Korpusuna bağlı “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Rəşid deyib:

“İranın milli təhlükəsizliyini təhdid etmək məqsədilə sionist rejimlə əməkdaşlıq edən və bu rejimə baza və imkanlar verən istənilən ölkə, həmin bazalar və İrana hücumun mənşəyi olan İsrail İran silahlı qüvvələrinin hücum hədəfi olacaq”. Onun sözlərinə görə, İranın ərazi sularına, adalarına, sahillərinə və obyektlərinə hücum etmək istəyən istənilən düşmən vahid və koordinasiyalı şəkildə və çox geniş coğrafi ərazidə İranın ordusu, SEPAH və regional gücünen bütün müdafiə və hücumu ilə darmadağın ediləcək".

Ülviyyə, Hurriyyet.az