SEPAH generalından Qarabağda baş verənlərə reaksiya: “Düşmən öz silahlarını satmaq məqsədi güdür”
İranın “Hayat” xəbər saytı yazır ki, Ermənistan və Azərbaycan arasında Qarabağ bölgəsində baş verən toqquşmalara toxunan SEPAH-ın Quru Qoşunlarının əməliyyat komandanı general Murtaza Miriyan deyib: “Düşmənin istəyi Qərbi Asiya regionunda qarşıdurma və qeyri-sabitliyin olmasıdır və bu məqsədlə öz silahlarının satışına can atır”.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında baş verən hadisələr və böhranla bağlı, İran İslam Respublikası hər iki ölkəni dost hesab edir, onlar arasındakı fikir ayrılıqları sülh yolu ilə həll edilməli və iki ölkənin xalqlarına zərər dəyməməlidir.
“Burada əmin-amanlığın və sabitliyin olmasını düşmənlərin gözü götürmür və onlar bu birliyi poza bilməzlər. Buna görə də, hesab edirik ki, təhlükəsizliyin yaradılmasında hamımız rol oynamalı və kollektiv təhlükəsizliyə nail olmalıyıq”,- deyə, SEPAH komandiri qeyd edib.
Ülviyyə, Hurriyyet.az