📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH göz açdırmır, yeni hücum – Tanker alovlar içində!

2026-11-23 11:49:01

SEPAH göz açdırmır, yeni hücum – Tanker alovlar içində!

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə limanı yaxınlığında neft tankerinin hücuma məruz qaldığı barədə məlumat yayılıb.

Hurriyyet.net  xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) neft tankerini hədəfə aldığı anların əks olunub.

Məlumata görə, hücum nəticəsində gəmidə yanğın başlayıb və tanker hərəkət qabiliyyətini itirib.

Noyabrın 21-də də Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi də Hörmüz boğazında tankerlərə hücumlar barədə məlumat yayıb. Həmin hadisələr Oman sahillərində qeydə alınıb.