SEPAH Hörmüz boğazında maye qaz daşıyan tankerə zərbə endirib
2026-10-09 19:43:24
İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən və maye qaz daşıyan iritonnajlı yük gəmisinə zərbə endirdiyini bəyan edib.
Hurriyyet.net xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
"Bir neçə saat əvvəl maye qaz daşımaq üçün nəzərdə tutulmuş iritonnajlı "MT Sunshine" tankeri Hörmüz boğazının cənub akvatoriyasında qanunsuz marşrutla hərəkət etməyə çalışarkən zərbəyə məruz qalıb", - deyə bəyanatda qeyd olunub.