SEPAH-ın bazasında güclü partlayış baş verdi - Təcili
2023-10-10 16:06:06
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2-ci Dəniz Piyadaları bazasında güclü partlayış olub.
Hurriyyet.az xəbər verir ki, partlayışın ardınca bölgədə yanğın baş verib.
Qeyri-rəsmi mənbələr partlayışın səsinin kilometrlərlə uzaqdan eşidildiyini, partlayış dalğası nəticəsində yaxın bölgələrdə olan evlərin şüşələrinin qırıldığını bildirirlər.
Rəsmi dövlət mediası hadisəni SEPAH-ın bazası yaxınlığındakı qamışlıqda cüzi yanğının baş verməsi kimi təqdim edib./axar.az/