📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH-ın İsrailə raket zərbələri barəsində açıqlaması: "Qisas alırıq. Cavab verilsə, müharibə olacaq"

2024-10-01 22:42:07

SEPAH-ın İsrailə raket zərbələri barəsində açıqlaması:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran İslam Keşikçiləri Korpusu İsrailə vurulan raket zərbələrinin HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyənin, "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın və "Əl Qüds" qüvvələrinin komandanı Abbas Nilforuşanın ölümlərinin intiqamı olduğunu bəyan edib. 
Bu barədə İranın "Tasnim" agentliyi məlumat verib.
İnqilab Keşikçiləri Korpusunun açıqlamasında deyilir: "Əgər sionist rejimi bu əməliyyata hərbi yolla cavab versə, növbəti sarsıdıcı zərbələrlə toqquşacaq".


Hürr Tərcüman