📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH-ın mətbu orqanı "Fars News" Azərbaycanın Ermənistan mövqelərini atəşə tutduğunu iddia edib

2022-09-13 13:21:00

SEPAH-ın mətbu orqanı

"Fars News" Azərbaycanın Ermənistan mövqelərini atəşə tutduğunu iddia edib. Belə ki, SEPAH-a bağlı "Fars" xəbər ajansı münaqişə tərəfləri arasında şiddətli atışma barədə məlumat yayıb.
Agentlik yaydığı məlumatda xarici mediaya istinadı iddia edərək Azərbaycanın ordu hissələrinin artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ermənistana atəş açdığını yazıb.
Xəbər ajansı daha öncə olduğu kimi, məsələ ilə bağlı yaydığı xəbərdə Azərbaycan adını təhrif edərək Azərbaycan tərəfinin mövqeyini "Bakı Müdafiə Nazirliyinin verdiyi məlumat" kimi qeyd edib.
Xəbərdə Ermənistan tərəfinin verdiyi məlumat yayılıb və İrəvanın Azərbaycana qarşı təxribat törətmədiyi, təhrik etmədiyi halda Azərbaycan ordusunun erməni mövqelərini atəşə tutduğu iddia edilib.
Bununla yanaşı, İranın "İRNA" dövlət xəbər ajansı da oxşar məlumatları yayıb və Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinə istinad edərək Azərbaycanın Ermənistanın sərhədyanı bölgələrini bobmaladığını yazıb.

Ülviyyə, Hurriyyet.az