📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH-ın raket bazasında dəhşətli partlayış – FOTO

2021-10-01 11:13:00

SEPAH-ın raket bazasında dəhşətli partlayış – FOTO

Tehranın qərbində yerləşən raket bazasında böyükmiqyaslı partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, bu haqda İsrailin “İmage Sat İnternational” adlı özəl təhlükəsizlik şirkəti yazılı açıqlama yayıb.

Açıqlamada sözügedən partlayışın İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid gizli raket bazasında olduğu iddia edilib və binanın 22-27 sentyabr tarixlərində peykdən çəkilmiş şəkilləri paylaşılıb. Paylaşılan ikinci fotoda partlayışın olduğu binanın bir hissəsində ciddi dağıntının olduğu görünür.

Xatırladaq ki, 26 sentyabrda İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada Tehranın qərbində yerləşən araşdırma mərkəzlərindən birində yanğın baş verdiyi, iki əməkdaşın həlak olduğu bildirilib.