SEPAH-ın sabiq generalından ETİRAF: “Biz İranın Avropaya çıxış yollarından birini itirməyi qəbul etmirik” yaxud Zəngəzur dəhlizi niyə Tehranın yuxusuna haram qatıb...
SEPAH-ın keçmiş generalı Tehranın Azərbaycana qarşı aqressiyasının nədən qaynaqlanmasını dilə gətirib və “Biz İranın Avropaya çıxış yollarından birini itirməyi qəbul etmirik” ifadəsi ilə faktiki etiraf səsləndirib.
Belə ki, SEPAH-ın keçmiş generalı və hazırda Qafqaz üzrə ekspert Mənsur Həqiqətpur “ANAJ” saytına müsahibəsində İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi ilə bağlı bunları deyib: “İranın bu dəhlizə (Zəngəzur dəhlizinə) qarşı çıxmasının səbəbi tarixi keçmişə bağlıdır və bu məsələ keçmiş SSRİ-nin vilayətlərinin və muxtar respublikalarının bölünməsi tarixinə gedib çıxır”.
O, əlavə edib: “Azərbaycanla Naxçıvan arasında 60 kilometrlik dəhliz niyə yaradılıb? Çünki bu dəhlizin bizim üçün geosiyasi problem yaradacağı ilə bağlı narahatlıq var idi və təbiidir ki, biz İranın Avropaya çıxış yollarından birini itirməyi qəbul etmirik...”
P.S. Sabiq SEPAH rəsmisinin də etirafəndan göründüyü kimi, Tehranın Suriyadan keçərək Aralıq dənizi vasitəsilə Avropaya çıxması və Cinlə Avropa arasında nəqliyyat qovşağına çevrilməsi planları "suya düşdüyündən" ümidini Ermənistandan Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya çıxışa bağlamışdı. Bu səbəbdən Zəngəzur dəhlizini özünün regional nəqliyyat dəhlizlərinə çıxışının qarşısındakı başlıca əngəl kimi görür və Azərbaycan-Türkiyə tandeminin layihəsi olan dəhlizə var-gücü ilə müqavimət göstərir. Hətta bu müqavimət özünü Azərbaycana qarşı sayıqlama dərəcəsinə çatan psixi xəstəlik formasında biruzə verir. Azərbaycanın daha bir üst səviyyəyə qalxması İranın uğur nərdivanında enməsi deməkdir.
Ülviyyə, Hurriyyet.az