SEPAH-ın teleqram kanalı: "Azərbaycan Qarabağda öz məqsədlərinə çatıb"
2023-09-21 12:15:53
SEPAH-ın teleqram kanalı Azərbaycan ordusunun son əməliyyatına dair fikir yürüdüb. Kanalda prezident İlham Əliyevin 24 saatlıq müharibə ermənləri ilə diz çödürməsindən narahatlıq özünü açıq-aşkar biruzə verir.
SEPAH-a məxsus “İRGC” teleqram kanalı belə yazır:
“Prezident İlham Əliyev:
- Azərbaycan Qarabağda öz məqsədlərinə nail oldu. Bu ərazidəki qanunsuz silahlı birləşmələr silahı yerə qoymasaydı, biz sona qədər bu yolu davam etdirəcəkdik;
- Azərbaycan Qarabağda fəaliyyət göstərdiyi bir gün içərisində bütün məqsədlərinə çatdı və öz suverenliyini bərpa etdi;
- Qarabağda əməliyyatlar başlamazdan öncə Azərbaycan ordusuna mülki vətəndaşları qorumaq əmri verilib”.
Ülviyyə, Hurriyyet.az