📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH komandanı İranın düşmənlərinə sərt xəbərdarlıq etdi

2026-11-13 17:20:25

SEPAH komandanı İranın düşmənlərinə sərt xəbərdarlıq etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi ölkəsinə qarşı hər hansı hücumun ağır və ağrılı zərbələrlə cavablandırılacağını bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Əhməd Vahidi bu fikirləri noyabrın 13-də Tehranda İran-İraq müharibəsində həlak olmuş 110 naməlum şəhidin nəşinin dəfn mərasimində iştirak edərkən səsləndirib.

SEPAH komandanı düşmənlərə ardıcıl məğlubiyyətlərindən nəticə çıxarmağı tövsiyə edib:

“Düşmən aldığı ardıcıl məğlubiyyətlərdən dərs çıxarmalıdır. Əks halda, qarşıda onu daha böyük dərslər gözləyir”.

Vahidi xüsusi olaraq vurğulayıb ki, İrana qarşı ən kiçik təcavüz belə sərt cavabla qarşılanacaq:

“Ən kiçik təcavüz belə dəhşətli və ağrılı zərbələrlə cavablandırılacaq”.