📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH komandiri Tehranda sui-qəsd nəticəsində öldürüldü

2022-05-23 09:56:00

SEPAH komandiri Tehranda sui-qəsd nəticəsində öldürüldü

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandirlərindən olan Səyyad Xodai Tehranda evinin qarşısında qətlə yetirilib.

Bu barədə Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir.

Məlumta görə, motosiklet sürən iki nəfər Xodainin olduğu avtomobilə yaxınlaşaraq atəş açıblar. Ona beş güllə vurulub və SEPAH üzvü hadisə yerində ölüb.

İran hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.