SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib
2026-04-28 23:23:46
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib.
"Report"xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Terror aktları planlaşdıran muzdlu və terrorçu qruplaşmaların agentlərinə qarşı əməliyyat keçirilib", - məlumatda bildirilib və əlavə edilib ki, 4 nəfər həbs olunub:
"Bu əməliyyat zamanı Kalaşnikov avtomatları və tapançalar, döyüş sursatları, qumbaralar, saxta şəxsiyyət vəsiqələri və "Starlink" peyk rabitə vasitələri kimi təhlükəsizliyə zidd əşyalar aşkarlanıb".