📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH polkovniki Suriyada öldürüldü

2022-11-23 13:35:00

SEPAH polkovniki Suriyada öldürüldü

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) zabiti polkovnik Davud Cəfərinin Suriyanın paytaxtı Dəməşq yaxınlığında öldürüldüyünü açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, İRNA-nın məlumatına görə, SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirib ki, sözügedən polkovnik çərşənbə axşamı səhər saatlarında Suriyanın paytaxtı Dəməşq yaxınlığında yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.

Polkovnik Cəfərinin SEPAH-ın Hava və Kosmik Qüvvələrinə rəhbərlik etdiyi bildirilib.

Polkovnikin Suriyada “məsləhətçi” kimi xidmət etdiyini müdafiə edən SEPAH hadisədə İsraili günahlandırıb və bombanın hadisə yerinə “İsrail agentləri” tərəfindən qoyulduğunu iddia edib.

yeniavaz.com