📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH rəsmisindən qonşu ölkələrə təhdid: “Ölkəmizə qarşı əməliyyatın mənşəyini istənilən nöqtədə vuracağıq”

2022-09-28 14:56:00

SEPAH rəsmisindən qonşu ölkələrə təhdid: “Ölkəmizə qarşı əməliyyatın mənşəyini istənilən nöqtədə vuracağıq”

İran İnqilabının Keşikçiləri Korpusunun əməliyyatlar üzrə komandan müavini son günlərdə baş verən daxili və regional hadisələr və proseslər barədə SEPAH-a bağlı “Bultan News” saytına müsahibə verib.
İranın Azərbaycan və Ermənistanla sərhəd bölgələrində baş verən son hadisələrə və insidentlərə və “bölgənin geosiyasətini dəyişdirmək” üçün “təxribatlara” toxunan general Abbas Nilfuruşan deyib: “Biz bütün qonşu ölkələrlə mehriban qonşuluq əlaqələqinə inanırıq. Bizim tövsiyəmiz regional problemlərin həlli üçün danışıqlar və qardaşlıqdır”.
“Onlar diqqətli olmalıdırlar ki, Qərbin və müharibəyə başlamalı olan bəzi ölkələrin maraqlarının qurbanı olmasınlar. Geosiyasi dəyişikliklər artıq öz mənasını və əhəmiyyətini itirib. Bu səbəbdən belə dəyişikliklər heç bir şəkildə davamlı olmayacaq və heç bir ölkənin də marağında deyil”, deyə general iddia edib.
O, öz tələblərinə çatmağın ən yaxşı yolunun diplomatiya olduğunu hesab edib və deyib: “Strateji məsələlər üzrə ekspert kimi müşahidə etdiyim odur ki, bəzi xarici kəşfiyyat xidmətləri region ölkələrindən diplomatiya fürsətini almaq üçün əllərindən gələni edirlər. Bu səbəbdən, bizim bölgə ölkələrindən xahişimiz odur ki, problemlərini dostcasına və mehriban qonşuluq şəraitinə həll etsinlər”.

Ülviyyə, Hurriyyet.az