📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH xarici ölkələrdəki İran mediasını hədələyib

2022-12-29 13:43:00

SEPAH xarici ölkələrdəki İran mediasını hədələyib

İran İnqilabının Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif İrandan xaricdə fəaliyyət göstərən farsdilli medianı təhdid edib.

Belə ki, dekabrın 28-də xarici ölkələrdə İranla bağlı fəaliyyət göstərən medianı düşmən adlandıran SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə müavini onların iranlıların düşüncə tərzlərini dəyişməyə və mənfi təsir buraxmağa çalışdıqlarını deyib. O, xaricdəki mediaya nəzarət etdiklərini iddia edib və onların hər birinə ayrı-ayrılıqda cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edi. Qeyd edək ki, bir neçə gün öncə SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmail Qaani də xaricdə fəaliyyət göstərən medianı hədələyib. "Bir gün bizə qarşı media fəaliyyəti göstərənlər bir gün ağır zərbə alacaqlar", deyə Qaani təhdid etmişdi.

Ülviyyə, Hurriyyet.az