📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH yeni casus peyki buraxır

2023-09-28 14:11:24

SEPAH yeni casus peyki buraxır

ABŞ bildirir ki, İran peyklərinin Yerin orbit səthinə yerləşdirilməsi Tehrana nüvə başlıqları da daxil olmaqla daha uzunmənzilli silahlar buraxmaq imkanı yaradacaq.

SEPAH-ın baş komandanı Hüseyn Səlami bu gün Bəsic qruplaşması tərəfindən keçirilən “Adlar və Xəritələr” adlı mərasimdə İran İslam İnqilabı Keçikçiləri Korpusunun “Nur-3” peykinin orbitə buraxıldığını açıqlayıb.

Qeyd edək ki, ABŞ hökuməti bu yaxınlarda İranın nüvə proqramı ilə bağlı Tehrana bir sıra sanksiyalar paketləri tətbiq edib və Vasinqtona görə, İranın həmin peyki orbitə yerləşdirməkdə əsas məqsədi casusluq fəaliyyətini və nüvə proqramını genişləndirməkdir.

Ülviyyə, Hurriyyet.az