Separatçı qurum Moskvada səfirlik açacaq
2022-07-20 11:36:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna torpaqlarında yaradılmış qondarma Luqansk Xalq Respublikası Rusiyada səfirlik açmağı qərara alıb. Bu barədə açıqlamanı qurumun qondarma Xarici İşlər Nazirliyi verib.
Xatırladaq ki, Rusiya Federasiyası 2022-ci il fevralın 21-də Ukraynanın Donetsk və Luqansk regionlarındakı separatçı qurumların müstəqilliyini rəsmən tanıdığını bəyan edib. Bundan 3 gün sonra – fevralın 24-də isə Ukrayna ərazisində bu günə qədər davam edən müharibəyə başlayıb.
Hürr Tərcüman