📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Separatçılar özlərinə yeni "rəhbər" seçdi

2023-09-09 16:28:39

Separatçılar özlərinə yeni

Xankəndidəki qanunsuz rejim bu gün qondarma "parlament"də “prezident seçkiləri” keçirib.

Nəticədə Samvel Şahramanyan separatçı rejimin “prezidenti” seçilib.

Bildirilir ki, "qapalı səsvermə" zamanı 22 nəfər onun namizədliyinin lehinə, 1 nəfər əleyhinə səs verib.

Xatırladaq ki, qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan avqustun 31-i istefa verib. Bu zaman, “dövlət naziri” Qurqen Nersisyan da vəzifəsindən kənarlaşdırılmışdı və onu bu “vəzifə”də Samvel Şahramanyan əvəz etmişdi.(Qafqazinfo)