"Separatçılar və Ermənistan hakimiyyəti dəmir iradə qarşısında təslim oldular" - ZAUR MƏMMƏDOV
"Dünən 6 saat davam edən Xankəndidəki iclasda bu və dialoq mövzusu müzakirəyə çıxarılmış, Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yollarının olmadığı başa düşülmüşdür"
"Bakı məqsədinə çatdı. Beləliklə, əldə edilmiş razılığa əsasən Ağdam-Xankəndi yolu vasitəsilə Bakıdan hümanitar yardım Qarabağ ermənilərinə çatdırılacaq. Xatırladım ki, bir neçə həftə əvvəl Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolunun açılacağı ilə bağlı şərt qoyulmuşdu. Yolun açılacağı gün də müəyyənləşmişdi. Lakin bir sutka qalmış separatçılar Bakının tələbinə qarşı çıxmışdılar". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloqun fikrincə, ümidləri boşa çıxan separatçılar və Ermənistan hakimiyyəti dəmir iradə qarşısında təslim oldular: "Dünən 6 saat davam edən Xankəndidəki iclasda bu və dialoq mövzusu müzakirəyə çıxarılmış, Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yollarının olmadığı başa düşülmüşdür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az