📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Separatçılar Xankəndində hərbi vəziyyət elan etdi

2022-12-14 17:36:00

Separatçılar Xankəndində hərbi vəziyyət elan etdi

Qarabağdakı erməni separatçılarının "prezidenti" Arayik Arutyunyan azərbaycanlıların Şuşadakı dinc aksiyası ilə əlaqədar hərbi vəziyyət elan edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə separatçılarının "rəhbıri"nin saytında məlumay yerləşdirilib.

"Fərman"da Xankəndi-Gorus yolunun guya azərbaycanlılar tərəfindən bağlanması ilə bağlı yalan məlumatlar əksini tapıb.

Qeyd olunur ki, Qarabağ ərazisində sərbəst hərəkət və çıxış, habelə toplantılar və tətillər keçirmək hüququ məhdudlaşdırılıb. Yaranmış vəziyyətlə əlaqədar “dövlət naziri” Vardanyanın rəhbərliyi altında Operativ Qərargah yaradılıb.

bakupost.az