Separatçıların başçısı Rusiyaya evakuasiyanın başlandığını bildirdi
2022-02-18 18:15:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna ərazisində yaradılmış qondarma Donetsk Respublikasının separatçılarının başçısı Denis Puşilin həmin ərazidəki əhalinin Rusiyaya evakuasiya edildiyini bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti ilə əldə edilmiş razılaşmaya görə, Donetsk və Luqanskda yaşayan əhali üçün Rostov vilayətində xüsusi yer ayrılıb və sərhəd buraxılış məntəqələrində sürətli keçid üçün şərait yaradılıb.
Hürr Tərcüman