📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Separatçıların hesablaşması: Arutyunyan Xocalı canisini niyə həbs etdirib?

2023-07-14 13:06:00

Separatçıların hesablaşması: Arutyunyan Xocalı canisini niyə həbs etdirib?

1988-ci ilin fevralında ilk gülləni atmaqla qanlı münaqişəni başladan bədheybət

Hurriyyet.az xəbər verir ki, Xankəndindəki terrorçu rejimin keçmiş “təhlükəsizlik şurası katibi” Vitali Balasanyanın iyulun 13-də Azərbaycan Respublikasının Əsgəran yaşayış məntəqəsində terrorçu qüvvələr tərəfindən hansı ittihamla həbs edildiyi bəlli olub. Caninin vəkili Rafael Martirosyan iyulun 14-də məlumat verərək, Balasanyanın “hakimiyyət nümayəndəsinə qarşı zorakılıq təhdidlərinə görə” saxlanıldığını bəyan edib.

Vəkil deyib: “Balasanyan “xidməti vəzifəsini yerinə yetirən xidmət orqanı nümayəndəsinə” və onun yaxınlarına qarşı zor tətbiq eləmək təhdidinə görə ittiham edilir. Həbs edildikdən sonra ona fiziki zərbələr vurulub. Balasanyanla birlikdə oğlu, əmisi oğlu və qardaşı oğlu saxlanılıb”.

Balasanyan böyük məbləğdə çirkli pulları yumaqda ittiham edilir.

Balasanyanın xalqımıza qarşı törətdiyi cinayətlər barəsində buradan oxuya bilərsiniz: 

https://modern.az/qarabag/388848/vitali-balasanyan-arvadlari-qizlari-gelinleri-zorlayirdi-kecmis-dyuscu/

Hürr Tərcüman

Aşağıdakı videoda Balasanyan 1988-ci ilin fevralınd Əsgəranda ilk gülləni atmaqla qanlı münaqişənin başlanmasında "tarixi rol" oynadığını etiraf edir: