📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Separatçıların keçmiş "liderlər"inin əfvini dilə gətirmək azından riyakarlıqdır!" - FUAD ÇIRAQOV

2023-10-05 13:07:20

"Deyək ki, bunları buraxdıq, kim zəmanət verir ki, bu adamlar azad olunsa sabah gedib sülh prosesində iştirak edənlərə qarşı nəsə etməyəcək?"

"Minnət, təkid edirlər, bir azdan təzyiq də edəcəklər ki, əhv edin, amnistiya edin bu zibilləri. Sülh prosesinə mane olacaq. Niyə etməliyik? Bu yol, əhv olunmaq imkanı onlara açıq mətnlə bu ilin mayın 28-də təklif edildimi? Edildi! Təklif dəfələrlə müxtəlif formalarda təkrarlandımı? Gözlədikmi düşünmək üçün? Gözlədik! Bizə sülh quruculuğundan və reinteqrasiyadan dərs demək istəyənlər əvəzində nə etdilər?! Məgər, sülh quruculuğu və reinteqrasiya ilkin olaraq müharibə canilərinin, radikalların prosesdən uzaqlaşdırılmasından başlamır? Dünya təcrübəsində belə olmayıb? Nürnberq məhkəməsini edib bütün nasist cinayətkarları asandan sonra Almaniya dəyişmədimi? Və ya Balkanlarda nə qədər müharibə caniləri cəzalandırıldı?" Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov qeyd edib.

Politoloq hesab edir ki, biz separatçıların keçmiş "liderlər"ini buraxsaq belə, sabah onların sülh prosesində iştirak edənlərə qarşı nəsə etməyəcəklərinə heç kim zəmanət vermir: "Deyək ki, bunları buraxdıq. Kim zəmanət verir ki, bu adamlar azad olunsa sabah gedib sülh prosesində iştirak edənlərə qarşı nəsə etməyəcək? Bu adamlar ilk olaraq ona görə cəzalanmalıdır ki, sabah kimsə silahlı avantüraya qoşulanda 5 dəfə yaxşı fikirləşsin. Bunları bilə-bilə onların əfvini dilə gətirmək azından riyakarlıqdır!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az