📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Separatçıların terroru nəticəsində 2 ukraynalı hərbçi həlak olub

2022-01-11 13:06:00

Separatçıların terroru nəticəsində 2 ukraynalı hərbçi həlak olub

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Ukraynanın Donbas şəhərində baş vermiş partlayış nəticəsində 2 Ukrayna əsgəri həlak olub. Ukrayna Silahlı Qüvvələrinin açıqlamasında partlayıcı qurğunun işə salınması nəticəsində ukraynalı əsgərlərin həlak olduğu bildirilir. Açıqlamada Rusiyanın dəstəklədiyi separatçıların Piskiy rayonunda atəşkəsi iki dəfə pozduqları qeyd edilib.

2013-cü ildə o dövrün Ukrayna Prezidenti Viktor Yanukoviçin Avropa İttifaqı Ortaqlıq Müqaviləsini imzalamamasından sonra 21 noyabr tarixində ölkədə nümayişlər başlamışdı. Etiraz hərəkatının böyüməsindən sonra Yanukoviç 2014-cü ilin fevral ayında Ukraynadan qaçmış, bundan sonra ölkənin şərqindəki Donbas bölgəsinin Donetsk və Luqansk şəhərlərində rusiyapərəst separatçılar qondarma müstəqilliklərini elan etmişdilər. Separatçılarla Kiyev hökuməti arasında 2014-cü ildən bəri davam edən döyüşlərdə 13 min nəfərdən artıq insan həlak olub.

Hürr Tərcüman