📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Separatçıların texnikaları Xankəndiyə gətirildi - Foto

2023-11-08 14:00:30

Separatçıların texnikaları Xankəndiyə gətirildi - Foto

Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib.

Hurriyyet.az-ın xəbərinə görə, həmin tanklar və texnikalar Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib və parad meydanından keçib.

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.