📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

2022-12-27 09:49:00

Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç göstəriş verib. 

Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Vuçiç Kosovo və Metohiya muxtar vilayətində yaranan vəziyyəti nəzərə alaraq belə bir qərar verib. 

Bununla yanaşı qeyd olunur ki, Serbiya ordusu Kosovanın alban rəhbərliyinin serbiyalılara qarşı hücuma hazırlaşmağa davam etdiyindən döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Qeyd edək ki, Kosova polisi bir neçə keçmiş serbiyalı polisi 1998-1999-cu illərdə münaqişə zamanı cinayət törətməkləri ittihamları ilə saxladıqdan sonra Kosovo və Metohiyada gərginlik yaranıb. Buna cavab olaraq Kosovada yaşayan serbiyalılar avtomobil yollarında barrikadalar qurub. (qafqazinfo)