📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Serbiya Prezidenti COP-29-a dəvət edilib

2024-04-16 21:06:08

Serbiya Prezidenti COP-29-a dəvət edilib

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib. \\Report