Serbiya Prezidenti ucuz enerjiyə görə Azərbaycanla İrana təşəkkürünü bildirib
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç yerli televiziyadakı çıxışında bildirib ki, Avropada (Ukrayna və Gürcüstan istisna olmaqla) ən ucuz elekrtik enerjisi tariflərinin Serbiyada olması enerji resursu olan mazutun Azərbaycan ilə İrandan alınması sayəsində mümkün olub.
Serbiyada 1 meqavatt saat enerjinin maya dəyəri 50-57 avro təşkil edir, istehlakçılar isə ona 70 avro ödəyirlər.
Serbiya Prezidenti eyib: “Enerji Nazirliyi mazut çatışmazlığı barəsində məlumat verdi, biz də bu problemi Azərbaycandan və İrandan olan dostlarımızın sayəsində uğurla həll edirik, buna görə də mazutla problemimiz olmayacaq”.
Vuçiç əlavə edib ki, “Srbiyaqaz” dövlət şirkətinin başçısı Duşan Bayatoviç Serbiyaya gündəlik qaz tədarükünü 4 milyon kubmetrə yüksəltmək məqsədi ilə “Qazprom”la danışıq aparmaq üçün yaxın günlərdə Sankt-Peterburqa gələcək.
Hürr Tərcüman