📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Serbiya təcrid edilir: Prezident üsyan etdi

2022-05-07 10:07:00

Serbiya təcrid edilir: Prezident üsyan etdi

Serbiya Rusiyaya sanksiya tətbiq etməkdən imtina etdiyi üçün ağır bədəl ödəyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

O, ölkənin maliyyə bazarına çıxışının məhdudlaşdırıldığını bildirib:

“Biz nə Avropa Birliyi üzvüyük, nə də Rusiyaya sanksiya tətbiq etmişik. Biz maliyyə bazarında yer ala bilmirik, kredit götürə bilmirik. Bu, ölkə üçün “ucuz pul”un sona çatması anlamına gəlir”.

O qeyd edib ki, ölkə yalnız yüksək maliyyə intizamı sayəsində hələ də ayaqdadır.