📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Serdar Kılıç ikitərəfli ticarətin açılmasına münasibət bildirdi

2026-05-13 19:38:24

Serdar Kılıç ikitərəfli ticarətin açılmasına münasibət bildirdi

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı şərh edib.

Hurriyyet.az  xəbər verir ki, o, "X" səhifəsində yazıb:

"Prezidentimizin göstərişi ilə həyata keçirdiyimiz Türkiyə ilə Ermənistan arasında normallaşdırma prosesinin bir hissəsi olaraq, bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində daha bir mühüm addım atılıb. Ümid edirəm ki, bu, hər iki ölkənin işgüzar icmalarına və xalqlarına, eləcə də bütün bölgəmizə fayda verəcək".