📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”

2026-11-10 11:37:23

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub.

Hurriyyet.net  xəbər verir ki, müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb.

Müxbirin suallarını cavablandıran Serdar Ortaç "Məncə, bir nömrə özüməm" deyərək siyahını yenidən tərtib edib.

Müğənni özünü birinci, Tarkanı ikinci, Kenan Doğulunu üçüncü, Mustafa Sandalı isə dördüncü yerə layiq görüb./Lent.az