📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərgən Yalçın "Neftçi" ilə buna görə anlaşa bilməyib - SƏBƏB

2023-08-17 19:11:00

Sərgən Yalçın

Tanınmış türkiyəli məşqçi Sərgən Yalçın “Neftçi” klubu ilə razılığa gələ bilməməsinin səbəblərindən danışıb.

O, danışıqların məhsuldar keçdiyini, maliyyə məsələlərində razılığa gələ bilmədiklərini deyib.

“Neftçi” ilə görüşdük. Əslində, danışıqlar yaxşı keçdi. Lakin maddi problemlər oldu. Öz müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyim kimi deyildi. Azərbaycana futbolçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyildi”, - Sərgən bildirib.

Qeyd edək ki, mütəxəssislə razılığa gələ bilməyən “Neftçi” baş məşqçi postuna Adrina Mutunu gətirib. \\Offsideplus.az