Sergey Lavrov: "Ukraynada xüsusi əməliyyatın ikinci fazası başlayır"
2022-04-19 15:12:00
Lavrov bildirib ki, Ukraynada xüsusi əməliyyatın növbəti mərhələsi başlayır. Bu barədə "RİA Novosti" Rusiya XİN naziri Sergey Lavrovun “India Today” telekanalına müsahibəsində açıqladığı məlumata əsasən bildirib.
"Ukraynanın şərqindəki əməliyyatın məqsədi artıq elan olunduğu kimi-Donetsk və Luqansk respublikalarının tam azad edilməsidir. Əməliyyat davam edəcək, bu xüsusi əməliyyatın növbəti mərhələsi indi başlayır. Və mənə elə gəlir ki, indi bu xüsusi əməliyyat zamanı mühüm məqam olacaq”, deyə nazir bildirib. O vurğulayıb ki, Ukrayna prezidenti Vladimir Zelenski əməkdaşlıq etsə və Minsk razılaşmalarını həyata keçirmək üçün səy göstərsəydi, böhran çoxdan həll oluna bilərdi.
Ülviyyə, Hurriyyet.az