Sergey Şoyqu Anatoli Çubaysın qaçdığı təyyarəni vurmayan hərbçiləri işdən kənarlaşdırdı
Müdafiə naziri Sergey Şoyqu Rusiyanı tərk edən "Rosnano"nun keçmiş rəhbəri Anatoli Çubaysın təyyarəsinə nəzarətə görə cavabdeh olan və təyyarənin onların məsuliyyət zonasından keçdiyi 31-ci Hava Hücumundan Müdafiə Briqadasının komandirini və 8 zabitini vəzifəsindən azad edib. Şoyqu satqınların gələcəkdə ölkədən qaçmasının qarşısını almaq üçün zenit qoşunlarının döyüş hazırlığını diqqətlə yoxlayacağını vəd edib.
Mənbənin məlumatına görə, Çubaysın şəxsi təyyarəsi Moskva vaxtı ilə saat 14:30-da Vnukovo-3 hava limanından çıxıb və İstanbula istiqamət alıb. 31-ci hava hücumundan müdafiə briqadasının komandanlığı təyyarənin göyərtəsində kimin olmasından xəbərdar olub. Lakin nədənsə komandir general-mayor Pyotr Litvinenko təyyarənin məhv edilməsi əmrini verməkdən imtina edib, nəticədə təyyarə Rusiya hava məkanını maneəsiz tərk edərək təyinat yerinə-İstanbula çatıb. Belə görünür ki, əvvəllər müxalif bloger Aleksey Navalnıya nəzarət edən FSB-nin xüsusi əməliyyat dəstəsi zenitçilərin səhvini düzəltməli olacaq.
Ülviyyə, Hurriyyet.az