📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sərhəd-keçid məntəqəsindən keçən rus maşınları mütləq yoxlanılmalıdır" - NATİQ CƏFƏRLİ

2023-05-04 14:04:00

"İnanmıram ki, sərhədçilər Fransanın Hauts-de-France regionunun başçısı Xavier Bertrandu və qondarma rejimin geydirmə rəhbərlərini Laçın yolunda qurduğumuz yeni sərhəd-keçid məntəqəsindən buraxsınlar"

"May ayının 2-də Fransanın Hauts-de-France regionunun başçısı Xavier Bertrand İrəvanda qondarma rejimin geydirmə rəhbərləri ilə görüşüb. İnformasiyanı dəqiqləşdirdim, görüş İrəvanda olub". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Sərhədçilərimizin Laçın yolunda qurduğumuz yeni sərhəd-keçid məntəqəsindən onları ölkədən/ölkəyə buraxdıqlarına inanmadığını deyən politoloq hesab edir ki, burada iki variant var: "Ya qondarma rejim və ruslar gizli yollardan hələ də istifadə edir, ya da rus "sülhməramlıları" onları öz maşınlarında keçiriblər. İstənilən halda sərhəd-keçid məntəqəsindən keçən rus maşınları mütləq yoxlanılmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az