📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərhəd toqquşması: hazırda vəziyyət necədir?

2023-09-01 16:55:59

Sərhəd toqquşması: hazırda vəziyyət necədir?

Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Nazirlik daha bir əsgərinin yaralandığını bildirib.

Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Ordumuz cavab tədbirləri görür.

***

Ermənistan MN ölən hərbçilərinin sayının 4-ə qalxdığını açıqlayıb.

Daha bir əsgərin isə yaralandığı bildirilib.