📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərhəddə atışma yenidən başladı – Ermənilər D-30 toplarını işə saldı

2023-05-11 18:00:00

Sərhəddə atışma yenidən başladı – Ermənilər D-30 toplarını işə saldı

Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində törədilən erməni təxribatı ilə bağlı növbəti məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.