Sərhəddə onlarla Ukrayna və Çin pasportları tapıldı
2024-01-04 21:18:50
ABŞ-da Meksika ilə sərhəddə tərk edilmiş onlarla Ukrayna və Çin pasportları tapılıb.
Hurriyyet.Az xəbər verir ki, bunu Florida ştatından olan konqresmen Mett Gaetz X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.
“ABŞ-ın cənub sərhəddində onlarla Ukrayna və Çin pasportu tapılıb”, - deyə siyasətçi bildirib.
Gaetz paylaşımında sərhəddəki vəziyyətin tam nəzarət altında olduğunu deyən ABŞ prezidenti Co Bayden və daxili təhlükəsizlik naziri Alejandro Mayorkası da danlayıb:
"Nə fikirləşirsiz?" - deyə konqresmen onlardan məsələyə aydınlıq gətirməsini istəyib. \\Teleqraf.com