Sərhəddə toqquşma: “İran Əfqanıstana raket atıb”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, martın 5-də Əfqanıstanla İran sərhədində hərbi toqquşma olub. Hadisənin səbəbləri açıqlanmır. Tehran hadisə ilə bağlı açıqlama verməyib. Əfqanıstan mətbuatı İranın Əfqanıstanın Zərənc şəhərinə raket zərbələri endirdiyini yazır.
“Taliban” ilə İran döyüşçüləri arasında sərhəd toqquşması İranın Sistan, Belucistan və Əfqanıstanın Nimroz vilayətləri boyunca baş verib.
“Taliban” hakimiyyətə gələndən sonra İranla Əfqanıstan arasından dəfələrlə (o cümlədən, 2021-ci ilin sonunda və 2022-ci ilin yayında) sərhəd toqquşmaları olub.
Mətbuatın yazdığına görə, iki həftə əvvəl İran sərhədçilərindən biri “Taliban” tərəfindən oğurlansa da, tezliklə qaytarılıb.
İran hələlik hadisə ilə bağlı açıqlama vermir, ölkə mətbuatında döyüşlər barəsində məlumat verilməsi məhdudlaşdırılıb. Toqquşmanın səbəbi, ölüm, yaxud yaralanma hallarının olub-olmaması deyilmir.
Hürr Tərcüman