“Sərhədsiz reportyorlar”: “PKK/YPG kürd jurnalistləri oğurlayıb!”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, “Sərhədsiz reportyorlar” təşkilatı PKK/YPG qüvvələrinin əsir götürdükləri jurnalistləri qaytarmasını tələb edib.
Suriyanın şimal-şərqindəki Kamışlı şəhərinə nəzarət edən terrorçular iki müxalif jurnalisti oğurlayıblar.
“Sərhədsiz reportyorlar” beynəlxalq qeyri-hökumət təşkilatının “Tvitter” səhifəsindəki bəyanatında jurnalistlərin silahlı maskalılar tərəfindən oğurlandığı, onların haraya aparıldığının naməlum qaldığı qeyd edilib. Təşkilat Suriyada fəaliyyət göstərən YPG/PKK-nın kütləvi informasiya vasitələrinin və jurnalistlətin fəaliyyətinə əmgəl olduğunu bildirib. Şimali İraq kürdlərinin mərkəzi ofisi Ərbil şəhərində yerləşən “Rudav” telekanalının Suriyanın şimalındakı fəaliyyətinin qondarma “KİV qanununu pozması” bəhanəsi ilə məcburən dayandırılması da “Sərhədsiz reportyorlar tərəfindən pislənilib.
Suriyanın Kürd Milli Şurasına (ENKS) yaxın olan iki müxalifətçi jurnalist – ARK reportyoru Sabri Fəxri ilə “Yekiti Media” əməkdaşı Molla Əhməd terrorçuların nəzarəti altındakı Kamışlı şəhərində təşkilatın yaraqlıları tərəfindən oğurlanıblar.
Qeyd edək ki, Bəşər Əsədə qarşı loyal olan media orqanlarının əməkdaşları YPG/PKK-nın nəzarətində olan Suriya bölgələrində azad şəkildə fəaliyyətlərinə davam edirlər.
Hürr Tərcüman