📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Serj Sarkisyanın Baden-Badenə səfəri ilə bağlı cinayət işi açılıb

2021-10-12 15:25:00

Serj Sarkisyanın Baden-Badenə səfəri ilə bağlı cinayət işi açılıb

Ermənistan Xüsusi İstintaq komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açılıb.

Bu barədə Hurriyyet.az "Report"a istinadən xəbər verir.

Bildirilir ki, oktyabrın 8-də Baş prokurorluğa işin başlanması ilə bağlı materiallar daxil olub. Ona Cinayət Məcəlləsinin 308 -ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumar evlərində 100 milyon dollar uduzduğunu bildirib.