📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərnişin avtobusu çaya düşdü: 18 ölü

2026-02-23 13:39:16

Sərnişin avtobusu çaya düşdü: 18 ölü

Nepalda sərnişin avtobusunun çaya aşması nəticəsində 18 nəfər ölüb.

Hurriyyet.org xəbər verir ki, bu barədə "The Himalayan Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, Pokharadan paytaxt Katmanduya gedən avtobus yoldan çıxaraq Trişuli çayına düşüb.

Qəza nəticəsində həmçinin 20 nəfər yaralanıb.

Məlumata görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.