📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - Video

2026-09-17 16:08:42

Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - Video

Sosial şəbəkələrdə Bakının “Şamaxinka” adlanan hissəsindəki dayanacaqda yaranan sıxlığın görüntüləri yayılıb. 

Hurriyyet.media  xəbər verir ki, görüntülərdə səhər saatlarında qeydə alınan sıxlıq səbəbindən vətəndaşların çətin anlar yaşadığı əks olunub.

Həmçinin paytaxt yollarında yaranan tıxaclar səbəbindən bəzi marşrut avtobusları dayanacağa vaxtında çata bilməyib və çox sayda sərnişin dayanacaqlarda uzun müddət avtobus gözləməli olub. Nəticədə kimisi işə, kimisi dərsə gecikib.

Sözügedən görüntüləri təqdim edirik: