📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərt karantin barədə düşünmək olar - Nazir

2022-02-10 13:28:00

Sərt karantin barədə düşünmək olar - Nazir

Ötən 10 həftə ərzində dünyada 90 milyon insan koronavirusun omikron ştammına yoluxub.

Hurriyyet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda respublikada virusla bağlı vəziyyət tam nəzarət altındadır:

“Omikronla bərabər hələ də Delta ştammına yoluxmalar da mövcuddur. Müəyyən müddətdən sonra omikron və deltanın nisbi rəqəmləri nümayiş olunacaq. Məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Xəstəliyin gedişatına görə sərt karantin rejimi barədə düşünmək olar", - deyə o əlavə edib.